Türkiyə və Azərbaycan birliyinin yeni erası...
- 16-06-2022, 16:57
- 375
Müqavilədə imzalanan digər vacib məqamlardan biri tarixi türk torpağı olan Zəngəzur dəhlizinin açılması, iki qardaş ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrini əhəmiyyətli dərəcədə inkişaf etdirəcəkdir. Onu da qeyd edək ki, "Şuşa Bəyannaməsi" hər iki dövlət arasında strateji əhəmiyyətə malikdir. Belə ki, bəyannamədə əksini tapan digər məsələlərlə yanaşı ölkələrarası müdafiə sahəsindəki əməkdaşlıq, gələcəkdə bir-birinin təminatı üçün qarşılıqlı hərbi yardım məsələləri böyük tarixi əhəmiyyət kəsb edir.
44 günlük vətən müharibəsində çox böyük rol oynayan pilotsuz uçuş aparatlarının müdafiə sənayemizdə istehsalı ölkəmiz üçün vacib amillərdəndir. Tükiyə və Azərbaycan arasındakı siyasi həmrəyliyin bariz nümunəsi Silahlı Qüvvələrimizin hələ Şuşanın fəthindən sonra döyüş texnikamızı öyrənməyə çalışan dünyanın ən güclü dövlətləri sırasına qoşulduqdan sonra da ordu quruculuğunun siyasi davamıdır. Bəyannamənin məhz Şuşada imzalanması iki türk dövlətinin tarixi münasibətlərinin təsdiqi, ölkələrimiz arasındakı qardaşlıq və dostluğun yeni erasıdır.
Bu gün cənnət güşəmiz, and yerimizə çevrilən Qarabağımızın baş tacı olan Şuşada vüqarla dalğalanan Azərbaycan və Türkiyə bayraqları "Azərbaycanının sevinci sevincimiz, kədəri kədərimizdi"- deyən Mustafa Kamal Atatürkün qüdrətinin, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" - söyləyən Azərbaycanın Ulu Öndəri Heydər Əliyev əzəmətinin qardaşlığından, gücündən ilhamlanan sarsılmaz birlik rəmzidir. Köksündə ay və ulduz nişanları həkk olunmuş hər iki bayraq eyni köklərə malik olmağımızı simvolizə etməklə yanaşı Ulu Öndərin müdrik kəlamının təcəllisidir.
Türkiyə və Azərbaycan qardaşlığı 44 günlük vətən müharibəsi başlayan andan Azərbaycana mənəvi dəstək olan, Zəfər paradında Bəxtiyar Vahabzədənin "Hardan sənin oldu bizim Qarabağ? Adı sahibini demirmi aşkar?"- söyləyən Ərdoğanın, "Şuşa sən azadsan, biz səni dirçəldəcəyik!"-deyən, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dünya dövlətlərinin şüuruna həkk olunan "Qarabağ Azərbaycandır!" ifadəsini səsləndirən İlham Əliyevin şüarını möhürləmək deməkdir. Azərbaycan və Türkiyə arasındakı tarixi münasibətlərin bir daha bütün dünyaya bəyanatıdır.
Nuranə Cavadova,
Abşeron rayon Məmmədli kənd tam orta məktəbin müəllimi