Prezident “Cəbrayıl” və “Qubadlı” gəmilərində - Fotolar
- 31-05-2017, 19:20
- 77 050
xalqxeber.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlət başçısına məlumat verdilər.
Bildirildi ki, hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus “28 May”, digəri isə “Ümid” yatağındakı platformalara xidmət göstərəcək.