Bəzi maraqlı qruplar və dairələr özləri informasiya resursu yaradırlar - Əflatun Amaşov
- 31-05-2017, 15:41
- 60 825
Bunu bu gün Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsi ilə bağlı çıxışı zamanı bildirib.
O deyib ki, bu məkanda baş verən hadisə və proseslərin mənfi təsirləri daha çox aktuallaşmaqdadır. Bu gün saxta profillər ailələrin dağılmasına səbəb olur. Bir növ, cəmiyyətin özəyini parçalayır.
"Böhtan və təhqirə görə cərimə həddinin də daha yüksək olmasını təklif edirəm. Əvvəl böhtana görə 100-500 manat arası cərimə nəzərdu tutulurdu, təhqirə görə isə 300-1000 manat. Yeni layihədə bu rəqəmlər 1000-1500 manatdır. Cərimələr daha yüksək olmalıdır. Həm də ona görə ki, hazırda bəzi maraqlı qruplar və dairələr özləri informasiya resursu yaradırlar. Məqsədləri rəqiblərinə qarşı "qara piar" kampaniyası aparmaqdır. Biz araşdırmışıq, məhz onların yaratdıqları saytlarda təhqir və böhtanlar baş alıb gedir. Düşünürəm ki, bu sayaq yarıtmaz hallarla mübarizə aparmaq üçün də cərimələr artırılmalıdır", - deyə deputat bildirib.