Baş Prokurorluqda özünü yandırdı - Oğurluqda ittiham olunur
- 31-05-2017, 09:01
- 39 485
İş üzrə şahid qismində dindirilməsi məqsədi ilə 10 və 27 may tarixlərində istintaqa rəsmi dəvət edilsə də, V.Hüseynov heç bir səbəb göstərmədən istintaqdan yayınıb. Bundan sonra o, mayın 30-da saat 12:55-də Baş Prokurorluğun Qəbul otağının qarşısında üzərinə tez alışan məhlul tökərək alışqanla əynindəki paltarını yandırıb, lakin binanın mühafizəsini və ictimai asayişi həyata keçirən polis əməkdaşlarının müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb.
Təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra V.Hüseynov 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib
Araşdırmalarla müəyyən edilib ki, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş və Ağdam rayon məhkəməsinin 1 fevral 2013-cü il tarixli qərarı ilə barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi tədbirləri tətbiq edilməklə Ağdam rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan V.Hüseynov əvvəllər həmin cinayət işinin istintaqından narazı olması ilə bağlı Baş Prokurorluğa müraciət etməyib.
Göstərilən xüsusatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək intihara cəhdin baş vermə səbəblərinin araşdırılması barədə konkret tapşırıqlar verilib.