“Avroviziya”ya ev sahibliyi etməyə hazırıq - İspaniya

Sosial

 
İspaniya 2023-cü ildə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırdır.

Kult.az xəbər verir ki, bu barədə İspaniyanın RTVE dövlət teleradio şirkətinin kommunikasiyalar üzrə direktoru Mariya Eisaqirre deyib.

"RTVE gələn ilki yarışmanın təşkilində Ukraynaya hər cür dəstək olmağı təklif edir və əgər ehtiyac olarsa, biz növbəti “Avroviziya”ya ev sahibliyi etməyə hazırıq", - Eisaqirre bildirib.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçirilən 66-cı mahnı müsabiqəsində Ukraynanın "Kalush Orchestra" qrupu “Stefaniya” mahnısı ilə qalib olub.