"Azərişıq" Şimal RETSİ də narazılıq yaradır - VİDEOLAR
- 30-05-2017, 09:47
- 41 638
Amma günlərin biri gözlənilmədən “Azərişıq” ASC Şimal RETSİ-i tərəfindən obyektin və Elgün Abdullayevin atası Kamil Abdullayevin yaşadığı mənzilin işıqları kəsilir. Aparılan danışıqlar isə heç bir nəticə vermir və aydın olur ki, “Azərişıq” ASC Şimal RETSİ-in rəhbərliyinin özəl “maraqları” hər şeydən üstündür. Bundan sonra Abdullayevlər məhkəməyə müraciət etməli olurlar. Nəsimi rayonuna Abdullayevlər tərəfindən göndərilən iddiada göstərilir ki, iddiaçı Elgün Abdullayevin cavabdeh Azərişıq ASC-yə qarşı qeydiyyatsız yazılmış aktın ləğv olunması, qərəzli olaraq vəzifə səlahiyyətlərini aşan şəxslərin məsuliyyətə cəlb olunması, elektrik enerjisinin verilməsinin bərpa olunması təmin edilsin. Nəhayət 3 may 2017-ci il də hakim Azər Paşayevin sədrliyi ilə məhkəmə baş tutur. Və qərar elan olunur. “İddiaçı Abdullayev Elgün Kamil oğluna məxsus Sumqayıt şəhəri , Z. Tağıyev qəsəbəsi, Yaşma bağları 3A ünvanında yerləşən mənzilinə və mağazasında elektrik enerjisi təchizatının dayandırılması “Azərişıq” ASC-yə qadağa edilsin”. Bu da göstərilir ki, qərardad dərhal icra olunsun. Bundan sonra “Azərişıq”ASC-in aparıcı hüquqşünası N. Əhmədov “Azərişıq” ASC Şimal RETSİ-in rəis müavini F. Nadirova hüquqi rəy göndərir. Rəy də “Azərişıq” ASC Şimal RETSİ-in rəhbərliyindən xahiş olunur ki, dərhal məhkəmənin çıxartdığı qərar icra olunsun. Bundan sonra sahibkar rahat fəaliyyətə başlayır. Çünki istər məhkəmə, istərsə də “Azərişıq” ASC ilə heç bir problem qalmır. Amma problemi yenə “Azərişıq” ASC Şimal RETSİ-in rəhbərliyi yarada bilir. Heç bir səbəb olmadan sabhibkarın işıqları yenə kəsilir. “Azərişıq” ASC Şimal RETSİ-in nümayəndələri bildirirlər ki, onları nə məhkəmənin çıxartdığı qərar, nə də “Azərişıq” ASC-in göndərdiyi rəy maraqlandırmır. Onlar öz “qaydaları” ilə işləyirlər və Abdullayevlər də bu “qaydalara” tabe olmalıdırlar. Doğurdan da dəhşətli haldır ki, “Azərişıq” ASC Şimal RETSİ-in hansısa rəhbər şəxsləri ölkənin ən ali orqanı olan məhkəmənin qərarına tabe olmur, digər tərəfdən isə tabeliyində olduqları “Azərişıq” ASC-in rəyini kağız parçası kimi kənara atırlar. Ən dəhşətlisi isə budur ki, məhkəmə qərarına hörmətsizlik, açıq qanunsuzluq həmin əraziyə nəzarət edən 2-ci polis bölməsinin rəis müavini Akşinin rəhbərliyi ilə həyata keçirilir. Rəis müavininə məhkəmə qərarı göstərilsə də o da məhkəmə qərarına tüpürərək qanunsuz işıqkəsmənin təmin olunması üçün əraziyə polis qüvvəsi cəlb edir. İndi bir suala cavab verək adi bir regional təşkilat rəhbəri nə tabe olduğu qurumun rəyini, nə də məhkəmənin qərarını saymırsa ölkə də sahibkarlıq necə inkişaf edə bilər? Yəqin ki, bu suala ilk növbədə “Azərişıq” ASC-in sədri Baba Rzayev cavab verməlidir. Çünki onun tabeliyində olan adi bir məmur elə onun özünün göstərişini rədd edərək bildiyini edir. Mövzu diqqətimizdədir.