Pəncəli Teymurovun adı gəmiyə verilir - Video

Sosial


“Palmali”nin prezidenti Mübariz Mənsimov şəhid Pəncəli Teymurovun ailəsinə zəng edib.

Bu barədə şirkətin sözçüsü Fidan Quliyeva görüntü paylaşıb.

“Növbəti gəmimizin adı məlum oldu. Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi döyüşçüsü Pəncəli Teymurov.

Bu gün “Palmali” Şirkətlər Qrupunda istismara veriləcək növbəti gəminin adlandırılması ilə bağlı toplantı keçirilib.

“Magnoliya” tankeri qəhrəman şəhidimiz, mahir kəşfiyyatçı, sözün əsl mənasında, işğalçı Ermənistan ordusunun qorxulu yuxusuna çevrilən Pəncəli Teymurovun adını daşıyacaq.

İclas zamanı “Palmali”nin prezidenti Mübariz Mənsimov gəmi kapitanı Elmar Səlimova son tapşırıqlarını verib: gəmidə Şəhidimizin guşəsi yaradılsın, Pəncəli Teymurovun adını layiqincə daşısın. Gəmi heyəti azərbaycanlılardan ibarətdir. Ad dəqiqləşdirildikdən sonra Mübariz Mənsimov şəhid Pəncəli Teymurovun ailəsinə zəng edib”, - F.Quliyeva qeyd edib.