Nazir rəisi təqaüdə göndərdi

Sosial

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Xalqxeber.az Oxu.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Hələlik onun yerinə təyinat yoxdur.