Yanan “Diqlas”ın yeri niyə hələ də boşdur?
- 16-03-2022, 13:57
- 625
Xalqxeber.az xəbər verir ki, 2020-ci ilin əvvəlində sözügedən ərazidə yaşayış binası, “Bravo” market və s. tikiləcəyi ilə bağlı söyləntilər olsa da, məlumat təsdiqini tapmadı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu saytımızın sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə hansısa tikinti işlərinin aparılması ilə bağlı 3 ildə komitəyə rəsmi müraciət daxil olmayıb.
Qeyd edək ki, “Diqlas” ticarət mərkəzi 8-ci kilometr qəsəbəsində yerləşirdi.