Rail Rzayevin köməkçisi azadlığa buraxıldı
- 25-05-2017, 12:21
- 115 405
Aydın Rəfiyev və Anar Haşımov Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda ittiham ediliblər. A.Rəfiyev 9 il, A.Haşımov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
A.Rəfiyev 2016-cı ildə vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ rayon məhkəməsinə müraciət edib və məhkəmə vəsatəti təmin edərək A.Rəfiyevi azadlığa buraxıb.
Prokurorun apellyasiya prostestini Bakı Apellyasiya Məhkəməsi təmin etmədiyi üçün qərardan kassasiya şikayəti verilib. Ali Məhkəmənin hakimi Əli Seyfəliyev də qərarı qüvvədə saxlayıb.