Ömürlük həbsdə olan “OMON”-çu aclıq aksiyasına başlayır
- 24-05-2017, 14:13
- 61 646
O, eyni müraciətlə həmçinin ombudsman Elmira Süleymanovaya da məlumat verib.
Elçin Əmiraslanov Qarabağ müharibəsində aldığı yaraların onu çox incitdiyini, sudurğa, epilepsiya, ürəktutmaları, kəllə-beyin ağrılarından əziyyət çəkdiyini, dəfələrlə müraciət etməsinə baxmayaraq, müalicə müəssisəsinə göndərilmədiyini , ona heç bir tibbi yardımın göstərilmədiyini bildirib. O, həmçinin bildirir ki, 21 ildən çoxdur həbsdədir, dəfələrlə məhkəmələrə, o cümlədən Ali Məhkəməyə müraciət edib, lakin onun cəzasının dəyişdirilməsi ilə bağlı məsələyə baxmaq istəməyiblər, indi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Elçin Əmiraslanov dövlətə xidmət etməyə, Qarabağ döyüşlərində yenidən iştirak etməyə hazır olduğunu bildirir, lakin bu haqsızlıqlara dözməyərək, son vasitə kimi aclıq aksiyasına başlamaq istədiyini qeyd edir.