Qızının ölümünə görə atası canlı yayımda qandallandı - VİDEO

Sosial

Öldürülərək quyuya atılan 3 yaşlı qızın atası Taleh Allahyarov ATV-nin “Bizimləsən” proqramına gəlib.

Xalqxeber.az xəbər verir ki, azyaşlının atası canlı efirdə açıqlama verərkən studiyaya polis əməkdaşları daxil olub.

Belə ki, Taleh Allahyarov şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə aparılıb.