Yoluxanların sayı açıqlandı

Sosial

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1039 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Xatırladaq ki, 29 Dekabr 2021-ci il tarixində 530 yoluxma faktı və 8 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32103 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3591, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25718 nəfərdir.