Əmək pensiyasının minimum məbləği 240 manat olacaq
- 20-12-2021, 21:42
- 609
Xalqxeber.az xəbər verir ki, bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.
Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır. Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.