Bakı-Sumqayıt yolu ölüm mənbəyinə çevrilir, rəsmi qurumlar susur - FOTOLAR
- 18-05-2017, 15:37
- 110 580
Bakı-Sumqayıt yolunda əsas nəqliyyat vasitəsi olan avtobuslar Avtovağzalda qanuni şəkildə fəaliyyət göstərir. Lakin, yolçuların əsas hissəsi "20 yanvar" metrostansiyasında qeyri-qanuni fəaliyyət göstərən mikroavtobuslardan istifadə edir.
Problemlə bağlı sözügedən marşrutların əsas dayanacağına yollanan müxbirimizin müşahidələri göstərir ki, təhlükə nə sərnişinləri, nə də sürücüləri narahat etmir. Metronun hər çıxışında bu cür qanunsuzluqlara nəzarət edən PPX (Post Patrul Xidmətinin) işçiləri dayanır. Lakin onlar da qeyri-qanuni fəaliyyət göstərən mikroavtobuslara nəzarət etmir. Belə ki, onıların da görə biləcəyi məsafədə marşrut sürücüləri "Sumqayıta 60 qəpikdən" deyə qışqırır, sərnişin yığırlar. Lakin polis müdaxilə etmir.
Əməkdaşımız sürücülərlə danışmağa cəhd etsə də, heç kim müxbiri xoş qarşılamayıb. Onlardan biri "Qeyri-qanuni sürməyə məcburam. 11 baş ailəyə baxıram. Mən şəhid, qaçqın ailəsiyəm. Atamı torpağın altında qoyub gəlmişəm bura", deyə cavab verib.
Qeyd edək ki, ərazidə fəaliyyət göstərən marşrutlar xətdən kənar işləyir. Yəni qeyri-qanuni... Əsasən "Ford" markalı mikroavtobuslardı və "Avtovağzal" ərazisinə daxil olmurlar. Heç bir icazə sənədi olmayan bu sürücülər hər gün minlərlə can daşıyır.
Qaynarinfo.Az