SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Musiqi dinləmək zehni yorğunluğu azaldır - ARAŞDIRMA

Musiqi dinləmək zehni yorğunluğu azaldır - ARAŞDIRMA

Tarix:

4-11-2021, 16:00

/ 459 dəfə oxundu.
Musiqi dinləmək zehni yorğunluğu azaldır - ARAŞDIRMA

Zehni yorğunluğu azaltmaqda musiqi dinləmənin məşq qədər təsirli olduğunu ortaya qoyulub. 

Fransanın Burqon Françe-Kont Universiteti tərəfindən aparılan araşdırmada fiziki məşq etmək və musiqi dinləmək zehni yorğunluğu aradan qaldırdığı ortaya çıxarıb. 

Buna görə 37 könüllü  araşdırmaya cəlb olunub. Və onlar qruplara  bölünüb. 

İştirakçılara diqqət və beyin məşqləri daxil olan fəaliyyətlərlə yorulmağa icazə verilib. Sonra bir qrup gəzinti və velosiped sürmə kimi məşqlər edib,  digər qrup isə sadəcə sevdikləri musiqiyə qulaq asıb. 

Sonuncu qrupdan heç nə etməmələri istənilib.  Fəaliyyətlərdən sonra qruplar təkrar sınaqdan keçirilib və onların çıxışları qiymətləndirilib.

Musiqi məşq qədər zehni yorğunluğa yaxşı gəlir.

Bədən tərbiyəsi ilə məşğul olanlar və musiqi dinləyənlər də oxşar nəticələr əldə ediblər.

Məşq edən və musiqi dinləyən qruplar son qiymətləndirmədə yalnız fasilə verənlərdən daha yaxşı çıxış ediblər. 

Məlum olub ki, idman etmək və musiqi dinləmək zehni yorğunluğu azaldır. Tədqiqat "Neuroscience" jurnalında da dərc olunub.

Şərhlər

XƏBƏR LENTİ