Parlament şəhid anaları ilə bağlı hökumətə müraciət edəcək

Sosial

"Şəhid anası ordenin təsis edilməsi ilə bağlı parlamentdə çıxış edəcəyəm və hökumətə də müraciətimiz olacaq". 

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, şəhid statusu ilə bağlı müəyyən məsələlər var ki, onlara yenidən baxılmalıdır: 

"O cümlədən şəhid adının əbədiləşdirilməsi ilə bağlı məsələlər var. Bizə də çox müraciət olur. Yəqin ki, hökumətdə də bu müzakirələr gedir. Yəqin ki, yaxın vaxtlarda şəhid statusu ilə bağlı qərarlar olar. Bu məsələlər hökumətin diqqətindədir".