“Dərslikləri dəyişmək baxımından vaxta ehtiyac var” - Nazir
- 29-09-2021, 22:00
- 444
“Builki tədris ili mahiyyəti baxımından əvvəlkilərdən bir neçə xüsusiyyətinə görə fərqlənir”.
Bunu AzTV-yə müsahibəsində təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, bu il Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir açılır:
“Buna qədər biz Qarabağ və ölkənin ərazi bütövlüyü mövzusunda şagird və tələbələri təlimatlandırırdıqsa, hazırda Zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var”.