Xüsusi karantin rejiminin vaxtı UZADILDI

Sosial

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Xalqxeber.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 1-i saat 06:00-dək uzadılıb.
 
Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatırdı.