Tələbə qəbulu qaydaları dəyişdi - Rəsmi
- 25-08-2021, 19:43
- 839
Xalqxeber.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, bir sıra şəxslərə münasibətdə müsabiqədə iştirak üçün ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək:
- İlk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
- İlk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
- Azərbaycanının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- Şəhid ailəsinin üzvləri;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- Məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
İndiyədək sözügedən şəxslər üçün müsabiqədə iştirak hüququ ödənişli idi.