“Toy cərimələri, məhkəmə rüsumları gəlir” - Ekspertdən XƏBƏRDARLIQ
- 28-06-2021, 15:15
- 810
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.
“Əslində ötən il ərzində karantin rejiminin pozulmasına görə fərdlərə və biznes subyektlərinə tətbiq edilən inzibati cərimələr kifayət qədər çox olub. Bu isə onu deməyə əsas verir ki, onların ödədikləri cərimələrin çox hissəsi dövlət büdcəsinə daxil olmayıb. Məlumat üçün qeyd edim ki, cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürülür. Digər tərəfdən də bu mədaxil mənbəyi üzrə gəlirlər proqnozlaşdırılmış məbləğin 74,1 faizini təşkil edib, deməli, hələ icra edilməmiş inzibati cərimələr də mövcuddur. Odur ki, təklif edirəm ki, həmin cərimələr silinsin. Gürcüstanda pandemiya dövründə özünütəcrid, karantin və qoruyucu maskadan düzgün istifadə qaydalarını pozan 245 min fərdi şəxslərin və 344 biznes subyektinin cərimələrini ləğv edəcək. Bizdə əksinədir, hələ qabaqdan toy cərimələri, məhkəmə rüsumları gəlir”.