DİN əməliyyat keçirdi - Qızılı “Mercedes” saxlanıldı
- 13-05-2017, 11:46
- 84 497
Məlumata görə, mayın 11-də saat 12:20 radələrində DİN-in "Təhlükəsiz şəhər” xidmətinin, 102 zəng mərkəzinin və Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı 5 ay əvvəl qaçırılmış avtomaşın tapılıb.
Belə ki, Bakı şəhər sakini Vüqar Vaqif oğlu Babayevə məxsus qızılı rəngli "Mercedes E-220” markalı 10-LA-833 dövlət nömrə nişanlı avtomaşın Səbail rayonu Salyan yolu, 24 ünvanında saxlanılıb.
Avtomaşının sahibi Vüqar Babayev bildirib ki, ona məxsus olan avtomaşını ötən il dekabrın 12-də Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində nömrəsiz ünvanın qarşısında saxlayaraq gedib və bir daha tapa bilməyib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi açılıb.