"Bu baş verənlər müştəri üçün məmnuniyyətsizlikdir" - "Baku Elektroniks"dən daha bir GİLEY
- 14-06-2021, 17:25
- 555
Təmirə gətirməmişdən qabaq heç olmasa zəng edəni, menyunu, hərfləri pis(!) də olsa görürdüm. İndi ümumiyyətlə sıfır vəziyyətindədir. Texniki xidmətdəki dayı da qayıtdı ki, gətirəndə elə belə idi. Telefonu da vurdum qoltuğuma, suyu süzülə-süzülə qayıtdım və özümə söz verdim ki, birinci və axırıncı dəfə olsun Baku Electronicsə ayaq basım. Nə bilim, bəlkə də təmir zamanı ekranın əvvəlkindən bərbad olmağı normaldı, amma istənilən halda müştəri üçün məmnuniyyətsizlikdir. Fakt o ki, təmirdən öncə telefon gələn zəngi sahibin adını pis də olsa oxuya bilirdim”.