"Yeni Klinika"da ABSURD SƏRFİYYAT... - FAKT
- 10-06-2021, 16:32
- 540
“Yeni Klinika”nın təkcə fasad yuyulmasına 18 585 manat ayırması müəmmalı və maxinasiya şübhələri yaradan faktdır. Ümumiyyətlə, dövlət qurumları, müxtəlif nazirliklər MMC-lər vasitəsi ilə büdcə pullarını həzm-rabedən keçirirlər.
Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumatlara əsasən, “Yeni klinika” tibb müəssisəsinin direktoru və Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi korrupsiyada ittiham olunaraq həbs ediliblər.
“Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub”, – məlumatda deyilir.