Daxili İşlər Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO
- 8-06-2021, 13:16
- 1 743
Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 40 nəfərin namizədliyi təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınaraq keçirilən seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 249 təmsilçidən 222 təmsilçi iştirak edib.
Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq Daxili İşlər Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət tərkibi seçilib.