Bakıda məşhur biznesmenin ailə işinə qarışan qadın yaxalandı - MİLYONLUQ QALMAQAL
- 12-05-2017, 14:22
- 87 757
Bildirilir ki, S.İsmayılov tanınmış iş adamı Barat Abdullayevlə keçmiş həyat yoldaşı Təyminə Abdullayeva arasında boşanma ilə bağlı yaranmış narazılıqlarla bağlı tutulub. Belə ki həmin şəxslər arasında mülkiyyətin bölünməsinə görə qalmaqal yaranıb və həmin vaxt T.Abdullayeva tanışı S.İsmayılovanın köməkliyindən istifadə edib. İş adamına məxsus olan və dəyəri 250 min manat olan ev onun keçmiş həyat yoldaşı tərəfindən S.İsmayılovanın adına keçirilib.
Lakin daha sonra T.Abdullayeva polisə müraciət edərək həyat yoldaşının Səkinə İsmayılovanı ələ aldığını deyib və onun vasitəsi ilə dəyəri 2 milyon manata yaxın olan evini ələ keçirməyə çalışdığını iddia edib. O deyib ki, Barat Abdullayev boşanandan sonra əmlakı bölməmək üçün bir neçə plan hazırlayıb.
Qeyd edək ki, T.Abdullayeva bir müddət əvvəl Nərimanov polisi tərəfindən saxlanılıb. Onun keçmiş həyat yoldaşı Barat Abdullayev tanınmış iş adamıdır və Bakıda otel-restoranlar var.