Qorxmaz Hüseynova məxsus Diaqnoz Tibb Mərkəzi vergidən belə yayınır
- 31-05-2021, 21:40
- 1 511
Pravda.az-a verilən xəbərə görə, “Diaqnoz Tibb Mərkəzi”nə gələn pasientlər müayinə və yaxud analiz üçün ödəniş edəndə qəbzdə əlavə dəyər vergisi (ƏDV) qaytarılmır. Bu da ciddi şəkildə vergidənyayınma faktıdır.
Redaksiyamıza ünvanlanan həmin qəbzlərdən birində də görünür ki, “Diaqnoz Tibb Mərkəzi” ƏDV qaytarmır və Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən bu klinikada araşdırma aparılmasına ciddi zərurət var.
TİA.Az