“Bakcell” və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib
- 31-05-2021, 12:53
- 403
www.asanmektub.az saytına məktub göndərən 20 nəfər uşağa “Bakcell” və “ASAN Məktub” sosial proqramı tərəfindən oyuncaqlar və məktəb ləvazimatları hədiyyə olunub.
Uzunmüddətli tərəfdaşlıq sayəsində “Bakcell” və “ASAN Məktub” bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib.
Qeyd edək ki, “Bakcell” şirkəti sosial proqrama həmçinin mobil rabitə dəstəyi göstərir.
“Bakcell” xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edir.