İyunun 1-dən COVID-19 pasportu olmayan iş yerinə gələ bilməyəcək - QƏRAR

Sosial

Baş nazir Əli Əsədov iş və xidmət yerlərində fəaliyyət göstərənlərin vaksinasiya olunması üçün yeni qərar imzalayıb.
Nazirlər Kabinetindən bildirilib ki, qərara əsasən, cari ilin iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.