Vilayət Eyvazov Bakıda keçiriləcək beynəlxalq idman oyunları ilə bağlı müşavirə keçirib

Sosial

Daxili İşlər Nazirliyində Bakı şəhərində baş tutacaq beynəlxalq idman tədbirləri “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyununun keçiriləcəyi müddətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini zamanı qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, müşavirəyə nazir, general-polkovnik Vilayət Eyvazovun rəhbərlik edib.