Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi - ƏMR

Sosial

Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Qərənfil Əhmədova vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Qərənfil Qorxmaz qızı Əhmədova Cəlilabad RTŞ-nin müdiri vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, Q.Əhmədova 2019-cu ildən bu vəzifədə çalışırdı.

O, daha əvvəl Cəlilabad şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.