Cahangir Hacıyevin səhhəti pisləşdi

Sosial

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

xalqxeber.az xəbər verir ki, C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyevin Trend-ə verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin səhhətində problemlər yarandığından o prosesdə iştirak edə bilməyib. C.Hacıyevin vəkili F.Mehdiyev prosesin təxirə salınmasını istəyib.

Amma məhkəmə prosesi keçirilib.