"Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb
- 19-05-2021, 17:35
- 545
Hər zaman müştərilərinin ehtiyaclarını qarşılamağı hədəfləyən mobil operator 2021-ci ilin ilk rübü ərzində regionlarda 30-a yaxın yeni baza stansiyası quraşdırıb. Paytaxtla yanaşı, regionlarda da şəbəkənin təkmilləşdirilməsi “Nar” abunəçilərinin kəsintisiz və sürətli internetdən istifadəsini daha da artırıb. Qeyd edək ki, “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.