"Özəl tibb müəssisələri şirkətlərlə müqavilə bağlayaraq körpələrə süni qida verir" - Baş pediatrdan ittiham
- 11-05-2017, 17:09
- 55 463
N.Quliyev qeyd edib ki, doğum evlərində süni qida qatışığı satılmasrı halları olmamalıdır. Baş pediatr hansısa doğum evinin, həkimlərin süni qida satan şirkətlə müqavilə bağlaması, əvəzində qidaları körpələrə verməsi haqda deyilənlərə inanmadığını deyib: "Çox təəssüf ki, bu gün bunu özəl tibb müəsisələrində edirlər, dövlət tibb müəsisələrində belə hallar olmur. Bütün cəmiyyyət bu prosesə etiraz etməli, hamının sözü eyni olmalıdır. Yalnız təkid etdikdən, əziyyət çəkdikdən sonra nəsə nəticə almaq olar. Çünki qarşıda duran tərəf - qida satan adamlar, şirkətlər, təşkilatlar nə əyri işə desən əl atırlar, nə desən edirlər. Son zamanlar çalışırlar ki, bu işləri maskalanmış şəkildə etsinlər. Bazar münasibətləri qəddardır və burada çox çətinliklər var”.