İlham Əliyev sərəncam imzaladı
- 17-05-2021, 11:41
- 454
Sərəncamla Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Sənədlə Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.