Ümummilli Liderin doğum günü Nərimanov rayonunda ənənəvi ağacəkmə aksiyası ilə qeyd edilmişdir
- 10-05-2021, 14:09
- 521
10 may 2021-ci il tarixdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilmişdir. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir. Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, təşkilat, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada Nərimanov rayonunda müxtəlif ünvanlarda – prospekt, küçə və məhəllələrdə 200-dən artıq iqlimə uyğun ağac əkilmişdir. Karantin qaydalarına uyğun olaraq ümumilikdə 80 nəfərədək adamın iştirak etdiyi ağacəkmə kompaniyasında burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilmiş, ağaclar budanmış, dibləri yumşaldılmışdir. Ərazidə Leylanda, kiparis və müxtəlif növ digər ağac və kollar əkilmişdir.