Qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb
- 11-05-2017, 12:41
- 35 267
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova açıqlamasında bildirib ki, may ayının 12-si gündüz saatlarından küləyin tədricən mülayimləşəcəyi gözlənilir: “Ölkə ərazisində qeyri-sabit hava şəraiti may ayının 13-ü səhər saatlarınadək davam edəcək”.
G.Məmmədova qeyd edib ki, bu gün və sabah gün ərzində havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək: “Temperaturun enməsi sabah müşahidə olunacaq. Havanın temperaturu tədricən düzələcək”.