Bakı Slavyan Universitetində Nizami Gəncəviyə həsr olunmuş növbəti tədbir
- 4-05-2021, 12:26
- 1 019
Tədbirdə III tədris ili tələbələrindən Vüsalə Qədirova, Gülnaz Əliyeva, Zeynəb Sadıqova, Səbinə Şirinzadə, Jalə Əfəndiyeva, Dilarə Əzizova, Xədicə Səfiyeva, Zemfira Əmirova, Aytac Muradova, Sabrina Qafarova Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə məruzələrlə çıxış ediblər.
Sonra Nizami Gəncəvinin şeirlərindən parçalar səsləndirilib, şairin əsərlərinə həsr edilmiş musiqilər dinlənilib.
Tədbirin sonunda İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova, dosent Şükufə Ağakişiyeva, kafedranın müəllimləri Zərifə Məmmədova, Sevinc Qarayeva, Arzu Məmmədova tədbir barədə müsbət fikirlər səsləndirib, tələbə-gənclərə maraqlı çıxışlarına görə minnətdarlıqlarını bildiriblər.