Əlillərdən sədrə qarşı ciddi ittiham - “Torpağımızı satıb”+Video
- 11-05-2017, 10:48
- 36 324
Onlar bununla bağlı müraciət ediblər. Şikayətçilər iddia edirlər ki, qurumun Nərimanov rayonu Faiq Yusifov 40 küçəsində yerləşən ərazisi sədr tərəfindən özəl MTK-ya satılıb. Belə olan halda isə ev növbəsində olan gözdən əlillərin mənzillə təminatı reallaşmaya bilər.
Cəmiyyətin sədri Simyar Abdullayev isə qeyd edib ki, deyilənlərin heç bir hüquqi əsası yoxdur: “Ərazilərin satılmasından söhbət gedə bilməz. Lazım olsa, bütün hüquqi sənədləri ictimaiyyətə təqdim edə bilərik”.
Problemlə bağlı hazırladığımız videosüjeti təqdim edirik:
qafqazinfo.az