Uşaq bağçalarına gəlir mənbəyi kimi baxanların oyunu - İTTİHAM

Sosial

olması barədə yayılan məlumatlar kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrildi. Bu Hesablama Palatasının Milli Məclisdə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqladıqdan sonra baş verdi.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi isə dərhal 2 milyon manatlıq yeyinti iddiası ilə bağlı açıqlama yaydı ki, “söhbət səkkiz ay bundan əvvəl Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrindən gedir. Hesablama Palatasının audit hesabatında söhbət yeyintidən və ya mənimsənilmə faktından deyil, görülən işlərin mal-material uçotunda düzgün əks etdirilməməsindən gedir.”

Əlavə də ediblər ki, “Hesablama Palatasının hesabatında da qeyd edildiyi kimi söhbət qeyd edilən ərzaq və geyimlərin alınmaması faktından deyil, menyuda nəzərdə tutulandan fərqli ərzaq növlərinin (sümüksüz mal əti və s.), həmçinin müəssisə daxili uniformaların alışından gedir. Aktda qeyd olunan digər məsələlərlə bağlı təsdiqini tapmış bəzi məbləğlərin icraçı şirkətlər tərəfindən dövlət büdcəsinə bərpası tam təmin edilib”.

Göründüyü kimi Uşaq Evləri İdarəsi nöqsanları dərhal ərzaq mallarının alınmasına yonəldir. Yəni, sümüksüz ətin yerinə sümüklü, qəhvənin yerinə kakao alınıb. Amma alınıb. Bazarda sümüklü ətin sümüksüzə nisbətən ucuz olması, və 5-10 kq-la deyil, tonlarla ətin alınmasından söhbət gedirsə arada kifayət qədər ciddi məbləğlərin yox olduğunu görməmək mümkün deyil. Həmçinin qəhvə ilə kakaonun qiymətlərində müəyyən fərqlər var. Digər ərzaqları hələ nəzərə almırıq. Uşaq bağçalarının təkcə çorəklə təmin edilməsi üstündə bu gün bir çox şəxslər dəridən-qabıqdan çıxır. Nəyə görə? Çünki, pul var. Amma uşaq bağçalarında daha çox pul təmir işlərindədir. Lakin Hesablama Palatası nədənsə uşaq bağçalarındakı nöqsanları ərzaqla təminata ayrılan vəsaitlərə yönəldib, təmir və abadlaşdırmaya ayrılan vəsaitlərin daha çox silindiyinə isə səthi yanaşıb,az sayda nöqsanlar aşkar edib.

Aktualinfo.org xatırladır ki,Hesablama Palatasının Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair audit 01.01.2019-cu il tarixindən 01.01.2020-ci il tarixinədək dövrü əhatə etməklə, 2020-ci il 31 avqust tarixindən 30 sentyabr tarixinədək keçirilib. Sözügedən müddətdə idarənin təkcə təmir və abadlaşma işlərində aşkarlanan nöqsanlara baxdıqda Palatanın Uşaq Evləri İdarəsinə güzəştə getdiyini görməmək mümkün deyil.

“Auditlə əhatə olunan ildə məktəbəqədər təhsil müəssisələrində cari təmir işləri üzrə rəsmiləşdirilib, lakin yerinə yetirilməyən işlər (5 halda 9076,3 manat), eyni işə görə təkrar ödəniş (2 halda 8625,5 manat), abadlaşdırma xidmətlərinin göstərilməsi (9 halda 20971,5 manat) adı ilə ümumilikdə 38673,3 manat məbləğində artıq vəsait xərc edilib. Malların (işlərin və xidmətlərin) satınalınmasının ehtimal olunan qiymətləri Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq üsullardan istifadə olunmadan müəyyənləşdirilərək malların alışı zamanı 350000,0 manat məbləğində artıq büdcə vəsaitinin ödənişinə yol verilib.” Ancaq bu?

Məlum olduğu kimi Bakı şəhər İcra Hakimiyyəti hər il uşaq bağçalarının təmir tikintisinə,abadlaşdırılmasına milyonlarla dövlət vəsaiti ayırır. Bunları dövlət satınalmaları yolu ilə keçirilən tenderlərdən də görmək mümkündür. Burada eyni bağçaya təmir adı ilə təkrar vəsaitin yazılaraq silinməsi ehtimalları, malların, işlərin və xidmətlərin satınalınmasının ehtimal olunan qiymətlərinin şişirdilməsi halları olduqca böyükdür. Bunlar Hesablama Palatasının açıqlamalarında az da olsa yer tapıb. Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin təkcə 2019-cu ildə keçirdiyi tenderlərə nəzər saldıqda Hesablama Palatasının audit yoxlamasının çox səthi olduğu açıq aşkar görsənir. Palatanın açıqladığı hesabat dövründə keçirilmiş bir neçə tender proseduruna nəzər salaq.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin tabeliyində olan körpələr evi-uşaq bağçaları, uşaq bağçaları,xüsusi uşaq bağçaları və uşaq evləri üçün ayrılmış vəsait hesabına bərk inventarın satınalınması məqsədi ilə 13 mart 2019-cu il tarixində açıq tender keçirilmiş və “İnpeks.N” MMC ilə 1 749 996.96 manat məbləğində müqavilə bağlanmışdır.

17.10.2019-cu il tarixdə körpələr evi-uşaq bağçaları ,uşaq bağçaları və uşaq evləri üzrə idarənin digər xərclərinin satınalınması üzrə 1 845 747.85 manat məbləğində, uşaq evlərində cari təmir işlərinin satınalınması üzrə isə 2 244 822.52 manat;

22.10.2019-cu il tarixdə Uşaq Evləri İdarəsinin tabeliyində olan körpələr evi-uşaq bağçaları ,uşaq bağçaları və uşaq evlərində yumşaq inventarların satınalınması üzrə 2 449 985.86 manat məbləğində,uşaq evləri üçün ayrılmış vəsait hesabına digər maşın və avadanlıqların satınalınması üzrə 1 544 931.52 manat;

23.10.2019-cu il tarixdə uşaq evləri üçün ayrılmış vəsait hesabına digər alış və xidmətlər üzrə 2 025 997.93 manat;

24.10.2019-cu il tarixdə uşaq evləri üçün ayrılmış vəsait hesabına sairə xərclər üzrə 2 304 983.09 manat məbləğində müqavilələr də “İnpeks.N” MMC ilə bağlanmışdır.

Qeyd edək ki,Hesablama Palatasının auditini apardığı 2019-cu ildə “İnpeks.N” MMC ilə 10 satınalma müqaviləsinə 16 milyon manata yaxın vəsait atrılmışdır.

Maraqlıdır burasıdır ki,Bakı şəhər İcra Hakimiyyəti Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsi 2019-cu ildə uşaq evlərinə elektrik avadanlıqları üçün mühərriklərin satınalınması,uşaq evlərində elekrik avadanlıqlarının təmirinin satın alınması,tədbirlər üçün müxtəlif növ kostyumların satınalınması,uşaq evləri üçün ayrılmış vəsait hesabına abadlıq işlərinin satınalınması,uşaq evləri üçün ayrılmış vəsait hesabına kommunal kommunikasiya xərcləri satınalınması,uşaq bağçaları və uşaq evləri üçün elektrik avadanlıqlarının təmiri kimi işlərə vəsait ayırdığı halda 2020-ci ildə də eyni məqsədlərlə küli miqdarda vəsait ayırmışdır. Keçirilmiş tender elanlarında işlərin hansı bağçalarda aparılmasının dəqiq göstərilməməsi şübhələri daha da artırmış olur. Burada eyni bağçaya təmir adı ilə təkrar vəsaitin yazılaraq silinməsi ehtimalları olduqca böyükdür.

Tenderlərin qalibi olan şirkətlərə gəldikdə isə. Son illər bu şirkərlər haqqında yayılan məllumatlar özlüyündə hər şeyi açıq-aydın göstərir. Bu barədə artıq dövrü mətbuatda yetərincə məlumatlar verilib.

Qeyd edək ki,Eldar Əzizovun 2018-ci ilin noyabrında Bakı şəhər İcra Hakimiyyıtinin başçısı təyin edilməsi bir çoxlarının düşündüyü kimi şəhər təsərrüfatının işində heç bir dönüş yaratmadı. Eldar Əzizov hələ Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edərkən özünə yaxın adamları artıq İcra Hakimiyyətinə toplamağa başlamışdı. Vəzifəsinin icrasına başlar-başlamaz Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumlarda yoxlamalar apartdıran Eldar Əzizovdan ciddi tədbirlər,kadr dəyişiklikləri gözlənildiyi halda bir neçə nəfərdən başqa bu gün hamı əvvəlki kimi işinin başında durub istəklərini həyata keçirməkdədirlər. Onlardan biri də sabiq başçının kadrlarından olan Eldar Yunusuvdur ki.Eldar Əzizov nədənsə ona etimad göstərərək yanında saxlamalı olub. Eldar Yunusov isə uzun illərdir ki,uşaq bağçalarının Təhsil Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinin balansına verildikdən sonra yaradılmış Bakı şəhər İcra Hakimiyyətinə tabeli Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsi müdiri vəzifəsində çalışır.

Hesablama Palatasını məlum yoxlamalarına gəldikdə. Qeyd edək ki,bu Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsinin Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Təhsil Nazirliyinə verilməsi ətrafında aparılan mübarəzinin nəticəsidir. Bu mübarızə keçmiş Təhsil naziri və ona bağlı məmurlar tərəfindən başladılmış, hələ ötən ilin əvvəllərində əldə etdiyimiz məlumatda bildirilirdi ki, bu məsələnin Təhsil nazirliyinə bağlı bir millət vəkili tərəfindən qaldırılacaq,Milli Məclisdə müzakirəyə çıxarılacaq.Gözlənilən kimi də oldu.Həmçinin, maraqlı qüvvələr sonrakı günlərdə bəzi saytlar, ekspertlər vasitəsilə məsələnin necə ictimailəşdirilməsinə qədər hər şeyi planlaşdırmışdılar. Bunu da plan üzrə həyata keçirə bildilər.

Göründüyü kimi hər iki rəsmi dövlət orqanının ictimaiyyətə ötürdüyü,bir birinə ziddiyət təşkil edən bu məlumatlar əslində gözdən pərdə asmaq kimi bir şeydir. Hesablama Palatası kimi sifarişini yerinə yetiribsə,yaxşı yetirməyib.Yəni auiditin nəticələrini ya tam açıqlamayaraq bir çox məsələni ört-basdır edib,ya da qeyd etdiyimiz kimi səthi yanaşıb. Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsinin rəhbərliyi isə Hesablama Palatasının açıqladığı məlumatları mətbatın yanlış tirajladığını iddia edərək fikir yayındarmaq istəyib. Əslində isə son illər uşaq bağçaları ətrafında aparılan mübarəzilər hamıya məlumdur. Burada söhbət heç də uşaq bağcalarının inkişaf etditilməsi, körpələrin gələcəyinin yüksək səviyyədə təşkili uğrunda mübarizədən deyil,onlara ayrılan dövlət vəsaitlərinin bölüşdürülməsindən ətrafında aparılır. Bir sözlə bu uşaq bağçalarına gəlir mənbəyi kimi baxanların oyunudur,
Aktualinfo.org