Həbs olunan icra başçısı park ərazisini şirkətə satıb - 1,3 milyona
- 28-04-2021, 19:09
- 628
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Məmmədov bir müddət öncə Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə satıb.
Şirkətin sahibi istintaqa ifadəsində deyib ki, bu yer üçün Alimpaşa Məmmədova bir dəfə 1 milyon manat, növbəti dəfə isə 300 min manat pul verib. Hazırda həmin ərazidə hündürmərtəbəli binanın tikintisi aparılır, tikinti yekunlaşdırılmayıb.
Bundan başqa, A.Məmmədovun büdcədən ayrılan pulları da müxtəlif yollarla mənimsədiyi bildirilir.