Bu qurum “Azərsu”nu məhkəməyə verdi - Böyük məbləğdə borc yaranıb

Sosial

"Azəriqaz” İstehsalat Birliyi “Azərsu” ASC-ni məhkəməyə verib. 
Artıq “Azəriqaz”ın iddiası icraata götürülüb. İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. 
Məhkəmə çəkişməsinin səbəbi isə  müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Məlumata görə, “Azərsu” ASC-nin iddiaçı böyük məbləğdə borcu yaranıb.