Azərbaycanda universitet və məktəb koronavirusa görə bağlandı
- 15-04-2021, 12:19
- 769
Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialında çalışan əməkdaşlar arasında koronavirusa yoluxma qeydə alındığı üçün ali məktəb karantinə bağlanıb.
Eyni zamanda, Tovuz rayonunun İsakənd tam orta məktəbində dərslər dayandırılıb.
Dərslər iki həftə distant formada davam etdiriləcək.