“Kəpəz” MTK-da yarım milyonluq yeyinti
- 14-04-2021, 15:17
- 641
MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzillər qanunsuz olaraq satılıb.
Belə ki, “Kəpəz” MTK-nın direktoru, 1961-ci il təvəllüdlü Rəşid Quliyev Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, şirkətin işçisi, Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Tamerlan Tağıyev ondan xəbərsiz və qanunsuz olaraq 5 ədəd mənzili başqasına satıb. Mənzillərin ümumi dəyəri təxminən yarım milyon manatdır.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo