“Yeni Bakı”da sakinlər “zibilə düşüb” - FOTOFAKT
- 12-04-2021, 09:27
- 453
Qeyd edək ki, şəhərciyin məişət tullantıları üçün ayrılmış iki yeri eyni vəziyyətdədir. Bir müddət əvvəl “Yeni Bakı” şəhərciyinin adı aylıq vətəndaşlardan yığılan “komunnal” xidmət haqqının baha olması ilə gündəmə gəlmişdi. Bir qrup vətəndaşın bir yerə yığılaraq, MMC yaratması şəhərciyin komendantlığı tərəfindən birmənalı qarşılanmamışdı.
Eyni zamanda şəhərcik sakinlərinin əksəriyyətinin borcunun olmamasına baxmayaraq, onlara “çıxarış” verilməməsi də sakinlərin narahatlığına səbəb olur. //Bizimyol.info//