XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Qobuda bələdiyyə torpaqları Araz Nəcəfov tərəfindən hansı yollarla satılır?

Qobuda bələdiyyə torpaqları Araz Nəcəfov tərəfindən hansı yollarla satılır?

Qobuda bələdiyyə torpaqları Araz Nəcəfov tərəfindən hansı yollarla satılır?
6-04-2021, 11:12

Abşeron rayonun Qobu qəsəbə sakini Rüstəmova Pakizə Ağamurad qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova, Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə, Prezidentin Hüquq işləri üzrə köməkçisi Fuad Ələsgərova, Ədliyyə naziri Fikrət Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, İqtisadiyyat naziri Mikayıl Cabbarova,  Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova, Daxili İşlər naziri Vilayət Eyvazova,  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin müdirinə, Abşeron rayon İcra Hakimiyyətinin başçısına,  və müstəqil Kütləvi İnformasiya Vasitələrinə Qobu qəsəbə Bələdiyyəsinin sədri Araz Nəcəfovla Abşeron İH-nin həbsə atılan Baş memarı ilə birlikdə törətdiyi qanunpozuntularının, onun və digər sadə vətəndaşlara məxsus bələdiyyə torpaqlarını kənar şəxslərə satmasının qarşısının dərhal alınması və 15 ildir ki, sakinlərə ayrılan bələdiyyə torpağının verilməsi barədə şikayət ərizəsi ünvanlanıb.
Aktualinfo.org vətəndaş Pakizə Rüstəmovanın göstərilən dövlət orqanlarına ünvanladəğı şikayət ərizəsini  olduğu kimi oxuculara təqdim edir. O,yazır:
Hörmətli cənab Prezident, bildirmək istəyirəm ki, 2006-cı ildə kənd sakinlərinə 8 sot olmaqla 300 manat rüsum müqabilində bələdiyyə torpağı verilərdi. Mən 20 sot üçün 800 manat rüsum pulunu Texnika Banka Qobu bələdyyəsinin hesabına köçürmüşdüm. Mənə bildirmişdilər ki, sənə ən yaxşı yerdən “Çənlibel” restoranının yanından torpaq verəcəyik. Sonra məlum oldu ki, mənə verilən yeri Bələdiyyə başqasına pulla satıb. Sonra yenə söz verdilər ki, ayrı-ayrı yerlər olmaqla sənə 2 pay 10 sot yer verəcəyik. Doğrudur, mənə bir 10 sotluq yeri Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında göstərsələr də sənədə nə möhür vurulub, nə də Abşeron rayon İH-nin indi həbsdə olan Memarlıq Şöbəsinin müdiri Akif Əliyev. Nə də Qobu Bələdiyyə sədri Arz Nəcəfov imza edib. Bu fırıldaqçılar uzun müddətdir ki, mənə saxta sənəd verib süründürürlər. İndilərdə isə mənə məlum olub ki, bu korrupsiyalaşmış dəstənin mənə verdiyi çıxarış sənədində göstərilən yer örüş sahəsi imiş. Burada hər hansı ev tikmək qadağandır. Mən bunlardan yer istəməmişəm ki, olmayan qoyunlarımı otarım. Mən ev tikmək üçün 800 manat pulu yerli bələdiyyəni hesabına köçürmüşəm.Bu dəstə məndən əlavə olaraq 3000 manat bir, keçən ildə 3500 manat kapital Bankdan kredit götürüb Araz Nəcəfova iş otaağında vermişəm ki. sənədlərimi versin. Amma nə torpaq sahəmi ala bilirəm, nə də sənədlərimi.Bunların mənə verdiyi saxta sənədi yoxlatdıranda məlum oldu ki, nəzərdə tutlan yerin örüş sahəsi olduğu və heç vaxt buraya çıxarış verilə bilməyəcəyini məni başa saldılar. Artıq Qobu Bələdiyyəsinə ayaq döyməkdən yorulmuşam. Tək ailə başçısı olduğumdan Bankdan götürüb Araz Nəcəfova verdiyim pulun kredit ödənişini güclə ödəyirəm. Hazırda öhdəmdə  5 nəfər var. Evdə də tək işləyən mənəm və aylıq 263 manat əməkhaqqqı alıram.
  Son vaxtlar Abşeron rayon İH-ti başçısının köməkçisi Fuad müəllimin qəbulunda oldum. O da Araza zəng edib xahiş etdi ki, Pakizə xanımın torpaq məsləsini həll etsin. Amma nə fayda. Söz verir əməl etmir. Sonra deputatımız olan Şahin Seyidzadəyə xahiş etdim ki, problemin həllinə köməklik göstərsin. Onlar da Milli Məclisin rəsmi məktubu ilə A.Nəcəfova 02 mart 2021-ci ildə P.A.Rüstəmovanın torpaq sahəsinin sənədlərinin verilməsinin təmin edilməsi xahiş olunsa da nəticə yoxdur.  Hər dəfə Abşeron İcra Hakimiyyəti başçısı qəsəbəmizə səyyar görüşə gələndə Araz mənə yaxınlaşıb xahiş edir ki, ondan şikayət etməyim. Sənin torpaq məsləni həll edəcəm. Amma bu adam özünü ən axırıncı yalançı və bürokrat yerinə qoyub. İcra başçısına da rəsmi müraciətlər etmişəm, xeyri yoxdur.
Qobu Bələdiyyə sədri Araz köhnə qəbristanlığın yanında 4 ha torpq sahəsini hasarlayıb özününküləşdirib. Bunu qəəbədə hamı bilir. Köməkçisi Ədalətin yanında Arazdan bu yeri göstərib yer istədim. Cavab verdi ki,  bu yerə 100000 manat verib almamışam ki, sənə paylayım. Bələdiyyə sədrinin digər yeri də Lökbatan yolunun sağ və ən çox sol tərəfdə yerləşən 2 ha zəbt etdiyi və setkaya aldığı ərazidir. Buradan da mənə 10 sot yer verəcəyini bildirmişdir.
Mən aprelin 2-də sonuncu dəfə Qobu Bələdiyyəsinin yanına gedib yerimin verilməsini və sənədləşdirilməsini istəyəndə o mənə küçə qadınlarının leksikonunda olan nalayiq sözlə acılayıb otaqdan qovdu və bildirdi ki get hara istəyirsən şikayət et, məni bezdirdin. Qazandığı haram pullar bu adamın gözünü o qədər örtüb ki, artıq kimlə danışdığının, nə dediyinin də fərqində deyil. Əvvəllər Abşeron İH-nin həbs olunan baş memarı A.Əliyevlə bələdiyyə torpaqlarında pul hesabına tikintiyə icazə oyunbazlığı ilə məşğul olub haramzadalaıq edərdilər. Akif həbs olunsa da Arazın yenə dünya vecinə deyil. Arxalandığı oliqarx bu adamı necə proqramlaşdırıbsa aldığı rüşvət müqabilində də işi tam görüb başa çatdırmır. 2006-cı ildən bəri 800 manat banka rüsum ödəmişəm. 6500 manat da Arazın tələb etdiyi pulu vermişəm. İndi nə pulumu qaytarır, nə də yerimi vermir, sənədlərimi vermir.
Çox hərmətli Prezident və Ədliyyə naziri! Sizdən çox xahiş edirəm ki, Qobu Bələdiyyə sədrini başa salasınız ki, “DƏMİR YUMRUQ” ermənilər kimi, sənin da başına endirilə bilər. Nə qədər gec deyil, uzun illər ortağı olmuş Abşeron İH-nin Baş memarı Akif Əliyevin rüşvətxor taleyindən ibrət dərsi götürsün və 15 ildir gözlədiyim bələdiyyə yerimi sənədlərlə birlikdə mənə versin. Verə bilmirsə, məndən tələb edib aldığı 6500 manat rüşvəti geri qaytarsın ki, banka olan borcumu bağlayım.Xahiş edirəm Araz Nəcəfov kimi sonradan pul görüb özlərini itirən məmur haqqında qanuni tədbir görülməsinə göstəriş verəsiniz.

Aktualinfo.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.