Cavid Qurbanov bu ərazini qəbiristanlığa çevirdi

Sosial

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Masazırda böyük torpaq sahəsini özəlləşdirərək qəbiristanlığa çevirib. 
Unikal.org xəbər verir ki, bununla bağlı məlumatı sosial şəbəkə istifadəçisi Səfər Cavadov paylaşıb.
O bildirib ki, C.Qurbanov sənədləşdirib aldığı torpaq sahəsini həmyerliləri üçün məzarlıq edib.
Qeyd edək ki, Masazırdakı həmin ərazi  "Kəlbəcərlilər Qəbiristanlığı" kimi tanınır.