"Baş həkim dedi ki, uşaq sağalıb..." - GİLEY
- 5-04-2021, 09:07
- 574
Elnarə Hüseynovanın övladı Nihad Hüseynov anadangəlmə ürək qüsurlu olduğu üçün iki yaşından ona pensiya təyin olunub və hər üç ildən bir tibbi komissiyadan keçir.
Şikayətçinin sözlərinə görə, o, övladına aid tibbi sənədləri Gəncə şəhər Kardioloji xəstəxanadan əldə edib, 1 nömrəli poliklinikaya təqdim edib. Ancaq 1 nömrəli poliklinikanın baş həkimi uşağı Bakı şəhəri Topçubaşov adına Xəstəxanaya müayinə və müalicə etmək üçün göndəriş verməkdən imtina edib:
“Baş həkim dedi ki, uşaq sağalıb. Mənim oğlum ağır ürək xəstəsidir. Onda anadangəlmə ürək qüsuru olan mədəciklər və qulaqcıqlararası çəpər effekti, ürək çatışmamazlığı var. O, əməliyyat olunsa da, tam sağalmayıb. Mən bununla bağlı dövlət başçısına da müraciət etmişəm”.
Məsələ ilə Gəncə şəhər 1 saylı poliklinikadan isə bildirdilər ki, Nihat Hüseynov müalicə olunaraq sağalıb. Onu da qeyd etdilər ki, məslənin yenidən araşdırlıması üçün şikayətçi təkrar polklinikaya yaxınlaşsın.