Bakıda bu tikinti şirkəti CƏRİMƏLƏNDİ
- 31-03-2021, 12:33
- 618
Protokolla bağlı qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.
Sözügedən şirkət İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.