Qazi üçün kəsilən pensiya ilə heç kəs ailəsini saxlaya bilməz... - NƏ ETMƏLİ?
- 29-03-2021, 09:13
- 443
Müharibə iştirakçısı hazırda məzuniyyətdədir. Amma hərbi qulluqçuların maaşlarının iki dəfə aşağı salınması onun vəziyyətini xeyli ağırlaşdırıb. Azərin onun üçün ayrılacaq pensiyaya da ümidi yoxdur.
Müharibə izlərini üzərində daşıyan Azər müalicəsini də davam etdirmək məcburiyyətindədir. Hərbi hospitalda onu pulsuz müayinə etsələr də, müalicə xərclərini özü qarşılamalı olur.
Sağlamlığını qismən də olsa bərpa etməyə ümid edən müharibə iştirakçısı evlə təmin olunmasını istəyir.